15 yanvar 1971-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu Daş Salahlı kəndində anadan olub. 1997-ci ildə Azərbaycan Respublikası Neft Akademiyasını bitirib.
1991-ci ildə Qazax rayonu Daş karxanasında fəhlə, 1992-ci ildən isə sahə rəisi vəzifəsində çalışıb. 2001-ci ildən 2023-cü ilə qədər Muğan Bankda kredit mütəxəssisi, Kredit şöbəsinin rəisi, Kredit Departamentinin direktoru, Risk Departameninin direktoru, Kreditlərə Nəzarət Departamentinin direktoru, Kredit Komitəsinin sədri, Audit komitəsinin sədri vəzifələrində çalışıb. Eyni zamanda 2003-cü ildən Muğan Bankda İdarə heyyətinin üzvü olub.
2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Təsərrüfat və inzibati şöbənin müdiri vəzifəsində çalışıb, 2025-ci ildən Maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsini icra edir.
Ailəlidir 2 (iki) övladı var.