Maliyyə və mühasibat kafedrası

Kafedranın tarixi:

"Maliyyə və mühasibat" kafedrası Akademiyanın aparıcı kafedralarından biridir. “Maliyyə” kafedrası 2001-ci ildən fəaliyyətə başlamışdır. “Maliyyə” kafedrasına ilk olaraq i.e.d., dos. Abbasov Qəzənfər Əli oğlu rəhbərlik etmişdir. Daha sonra dos. Ə.Səlimov, “Mühasibat uçotu və audit” kafedrasına isə i.ü.f.d., dos. O.A.Yusupova rəhbərlik etmişdir. 2011-ci ildə “Maliyyə” kafedrasına i.ü.f.d. M.K.Məcidov rəhbərlik etmişdir. 2013-cü ildə isə i.ü.f.d. Ş.N.Qasımov rəhbərlik etmişdir. 2014-cü ildə “Maliyyə” və “Mühasibat uçotu və audit” kafedraları birləşdirilmiş, kafedraya i.ü.f.d., dos. G.S.Hacıyeva rəhbərlik etmişdir. 2019-cu ildə kafedra müdiri i.ü.f.d., dos. N.Y.Mikayılova, 2023-cü ildən isə kafedraya rəhbərlik i.ü.f.d., dos. H.Ə.Mirzəyeva tərəfindən həyata keçirilməkdədir. Kafedranın nəzdində “Maliyyə uçotu” ixtisası laboratoriyası fəaliyyət göstərir. Kafedra yarandığı gündən daima inkişafda olmuşdur. Kafedrada bakalavr səviyyəsi üzrə 050406 - “Maliyyə”, 050409 - “Mühasibat”, magistr səviyyəsi üzrə 060403 - “Maliyyə bazarları”, 060403 - “Bank işi”, 060403 - “Sığorta işi”, 060402 - “Xidmət sferasında mühasiba uçotu”  ixtisaslaşmalarında tədris həyata keçirilir.

Hal-hazırda kafedrada 4 nəfər iqtisad üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər iqtisad üzrə fəlsəfə doktoru, 3 dissertant, 3 müəllim, 1 laborant çalışır. Kafedra müdiri i.ü.f.d., dos. Mirzəyeva Hicran Əmirxan qızıdır.

 

Müəllimlər:

1.          i.ü.f.d., dos. Mirzəyeva Hicran Əmirxan q.

2.          i.ü.f.d., dos. Mikayılova Nurəngiz Yanvar q.

3.          i.ü.f.d., dos. Quliyeva Səadət Ramil q.

4.          i.ü.f.d., dos. Hacıyeva Gülnarə Sədi q.

5.          i.ü.f.d. Babayeva Vüsalə Musa q.

6.          i.ü.f.d. Tanrıverdiyeva Gülnarə Qurbanəli q.

7.          Məmmədova Ülkər Şahin q.

8.          Əhmədova Təranə Sayəd q.

9.          Məmmədova Pərvin Qədir q.

10.     Mirzəyev Hikmət Qüdrət o.

11.     Adgözəlov Daşqın Fariz o.

12.     Əhmədova Türkan Maşallah q.

 

Təhsil: Hal-hazırda kafedrada on doqquz magistr təhsil alır. Elmi iş:



Maliyyə və mühasibat kafedrası üzrə 2019-2024-cü illərdə 131 elmi iş çapdan çıxmışdır. Bunlardan 2-si dərs vəsaiti, 53-ü proqram, 59 -u məqalə, 10-u tezis və 7 si konfrans materiallarıdır.

 

Bakalavr pilləsində tədris olunan fənlər

1.          Maliyyə uçotu

2.          Korporativ maliyyə

3.          Vergitutma

4.          Maliyyə risklərinin idarə edilməsi

5.          Maliyyə menecmenti

6.          Dövlət maliyyəsi

7.          Fəaliyyətin effektiv idarə edilməsi

8.          Audit

9.          İdarəetmə uçotu

10.     Maliyyə hesabatlığı

11.     Maliyyə hesabatlarının təhlili

12.     Maliyyə bazarları

13.     İnvestisiyanın idarə edilməsi

14.     Büdcə-vergi tənzimlənməsi

15.     Müəssisələrin maliyyəsi

16.     Pul və banklar

17.     Məhsulun maya dəyərinin kalkulyasiyası

18.     Maliyyə nəzarəti və audit

19.     Xarici ölkələrin maliyyəsi

20.     Sığorta işi

21.     Maliyyə təhlili

22.     Nəzarət və təftiş

23.     Maliyyə hesabatının beynəlxalq standartları

24.     Bank işi

25.     Bank uçotu

26.     Təsərrüfat fəaliyyətinin təhlili

27.     İdarəetmə təhlili

28.     Büdcə sistemi

29.     Monetar və fiskal tənzimləmə

30.     Gömrük işi

31.     Beynəlxalq valyuta-kredit münasibətləri

 

Magistr pilləsində Tədris olunan fənlər

1.          Maliyyənin müasir problemləri

2.          İnvestisiya portfelinin idarə edilməsi

3.          Korporativ maliyyə

4.          Beynəlxalq maliyyə sistemi və maliyyə institutları

5.          Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri

6.          Bank risklərinin idarə olunması

7.          Banklarda maliyyə nəzarəti