AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Vüsalə Musa qızı Babayeva


image small

Babayeva Vüsalə Musa qızı 22 dekabr 1980-ci ildə Quba şəhərində dünyaya gəlmişdir. 1987-1997-ci illərdə orta təhsil almışdır. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini həmin ixtisas üzrə Magistr pilləsini fərqlənmə ilə bitirmişdir.

2011-2015-ci illərdə Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun dissertantı olmuş, 2017-ci ildə “Aqrobiznesin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri” adlı dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin elmlər doktoru pilləsi üzrə doktoranturada təhsilini davam etdirir.

2009-cu ildə Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlamış, elmi işçi, böyük elmi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində bölmə rəhbəri vəzifəsində çalışır. Bununla yanaşı, 2010-2018 – ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində, 2021 – ci ildən hal-hazıradək isə Аzərbaycan Əmək və Sosial Münasibətlər Аkаdemiyasında müəllim kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Elmi əsərləri

1. Aqrar sahədə sahibkarlıq fəaliyyəti və innovasiyalı kənd təsərrüfatı istehsalının maliyyə mexanizmi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu. “İnnovasiyalı kənd təsərrüfatı istehsalının formalaşdırılması problemlərinə həsr edilmiş Beynəlxalq Elmi-Praktiki Konfransın materialları”. Bakı-2010, səh. 179-181

2. Aqrar sahədə kooperasiyanın müasir təcrübəsi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun “Elmi əsərləri” №4, Bakı, 2010, səh. 214-218

3. Qloballaşma şəraitində ərzaq təhlükəsizliyi problemi, Azərbaycan Milli Elmər Akademiyası İqtisadiyyat İnstitutu. “Ərzaq təhlükəsizliyinin təmin edilməsinin sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın Tezis və Materialları. Bakı-2011, səh. 221-222

4. Aqrar sahənin və ərzaq bazarının tənzimlənməsi məsələləri, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu. “Aqrar İqtisadiyyat: Müstəqilliyin 20 ilində” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransım Materialları. Bakı-2011, səh. 255-259

5. Aqrobiznes proseslərinin mahiyyəti və sahə xüsusiyyətləri, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun “Elmi əsərləri” №4, Bakı, 2013, səh. 55-61.

6. Aqrobiznes modellərinin xarakteristikası, Azərbaycan Aqrar Elmi. Elmi-nəzəri jurnal  №3, Bakı-2013, səh. 135-138

7. Основные направления повышения эффективности инновационной деятельности агробизнеса, Международный Технико-Экономический Журнал №3, Москва-2014. Стр. 63-68

8. Aqrobiznesin inkişaf perspektivləri və onların reallaşdırılması, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu “Elmi əsərlər”, №4, Bakı, 2014, s. 284-289.

9. Оценка современного состаяния агробизнеса в Азербайджане, Экономика и предпринемательство, №3 (ч. 2), Москва-2015, стр. 619-622

10. Aqrar-ərzaq bazarında mövcud vəziyyəti şərtləndirən amillər və bazarın  formalaşması səviyyəsi, AMEA –nın Xəbərləri (iqtisadiyyat seriyası). Bakı-2015 -1 səh. 58-65

11. Aqrobiznesin iqtisadi səmərəliliyini əks etdirən ümumiləşdirici göstəricilərin müəyyənləsdirilməsi yolları, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun “Elmi əsərləri” №2, Bakı, 2015, səh. 130-136

12. Kiçik və orta sahibkarlıq təsərrüfatlarının aqrobiznes fəaliyyətinin iqtisadi təhlili, Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat  İnstitutunun “Elmi əsərləri” №4, Bakı, 2016 , səh. 109-116

13. Kənd təsərrüfatının və aqroemal sənayesinin müasir vəziyyəti və inkişaf  meyilləri, Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat  İnstitutu “Torpaq islahatlarının 20 illiyi” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransım Materialları. Bakı-2016, 292-295

14. Экономические счета агропромышленного комплекса основы его экономико-статистической оценки, Минстерства сельского хозяйства Российской Федерации. ФГБОУ ВО Алтайский Государственный Аграрный Университетет, XVI Международная Научная Конференция (Барнаул-2017, 27-28 февраля 2017 г.), Новосибирск 2017, стр. 22-25

15. Increase directions in commodity output production of small and medium-sized entrepreneurship, Teoretical and Practical Aspects of Economics and Intellectual Property, Issue 14, Mariupol-2016, p. 256-259

16. Kənd təsərrüfatı məhsulları istehsalının artırılması məsələləri, Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat  İnstitutunun “Elmi əsərləri” №3, Bakı, 2017 , səh. 29-116

17. Bazar iqtisadiyyatı şəraitində heyvandarlığın iqtisadi-statistik qiymətləndirilməsinin təkmilləşdirilməsi istiqamətləri, Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat  İnstitutunun “Elmi əsərləri” № 2, Bakı, 2018 , səh. 39-54

18. Государственная политика в обеспечении экономической устойчивости и продовольственной безопасности в сельском хозяйстве Азербайджана, Экономический вестник Донбасса № 2 (52), Украина 2018, стр.  55-59

19. Стимулирование роста общественного производства и укрепление материально-технической базы в аграрном секторе Азербайджана, Proceedings International Scientific Conference “Integration Processes in the Global Economy” 11-12 may 2018, Svishtov, Bolqariya 2018, səh. 431-433

20. Ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas prioritet istiqamətlər, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın materialları, Bakı, 1-2 iyun 2018, səh. 196-200

21. Aqrar sahənininnovasiyalı inkişafının prioritet istiqamətləri, Kənd Təsərrüfatının İqtisadiyyatı Jurnalı № 4 (34), Bakı, 2020

22. Azərbaycanda kənd təsərrüfatı innovasiyalarının tətbiqinin stimullaşdırılması, Kənd Təsərrüfatının İqtisadiyyatı Jurnalı № 4 (42), Bakı, 2022

23. The current state and prospects for further development in the energy sector in Australia: reforms, foreign economic relations, investment climate, POLITYKA ENERGETYCZNA – ENERGY POLICY JOURNAL 2023, Volume 26, Issue 2, 105–120 DOI: 10.33223/epj/163451

16.10.2024  [ 09:57 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.