Babayev Fərid Fariz oğlu

1973-cü ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunub və 1996-cı ildə fakültəni başa vurub.

1998–2004-cü illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktoranturada təhsil alıb. 2004-cü ilin dekabrında elmi işi müdafiə edib və 2005-ci ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.

2002-ci ildə İsveçrənin Lozanna Universitetində ictimai səhiyyə üzrə magistr dərəcəsi, 2003-cü ildə isə Böyük Britaniyanın Kembric Universitetində biznesin idarə olunması üzrə magistr (MBA) dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1997-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda başlayıb və orada 2009-cu ilədək çalışıb.

2001–2009-cu illərdə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı ölkə ofisində səhiyyə üzrə proqram əməkdaşı kimi fəaliyyət göstərib.

2009-cu ildə UNFPA ölkə ofisində nümayəndənin köməkçisi vəzifəsinə təyin edilib və 2020-ci ilə qədər bu vəzifədə çalışıb.

2020-ci ildə BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisinin rəhbəri vəzifəsinə təyin edilib və 2025-ci ilin avqust ayına qədər ölkə ofisinə rəhbərlik edib.

Təşkilati liderlik, siyasətlərin formalaşdırılması, monitorinq və qiymətləndirmə, proqramların idarə olunması üzrə müxtəlif beynəlxalq sertifikat proqramlarını bitirib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərində sərbəst danışır.

Ailəlidir, iki övladı var.