AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Təranə Sayəd qızı Əhmədova


image small

Əhmədova Təranə Sayəd qızı 11 dekabr 1962-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1969-1979-cu illərdə orta təhsil almışdır.1980-ci ildə D.Bünyadzadə adına  Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitunun Maliyyə və Kredit fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir.

1982-1989-cu illərdə Azərbaycan Dövlət Statistika Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1989-1990-cı illərdə Bakı Nəqliyyat Parkında aparıcı iqtisadçı vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə Azərtransqaz şirkətində mühəndis-iqtisadçı vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə “Kolanı -1” kiçik sahibkarlıq müəssisəsində mühasib işləmişdir. 1998-2003-cü illərdə Bakı şəhəri 2701 №-li Avtonəqliyyat şirkətində mühasib işləmişdir. 2003-2008-ci illərdə “İzopol” Məhdud Məsuliyyətli Cəmiyyətdə baş direktorun iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.

2008-2015-ci illərdə Azərbaycan Odlar Yurdu Universitetinin “İqtisadiyyat və Menecment” fakültəsində müəllim vəzifəsində çalışmışdır.Eyni zamanda paralel olaraq  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə və Mühasibat uçotu” kafedrasında əvəzləyici müəllim kimi çalışıb.

2015-ci ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tam ştatda çalışır. Bir sıra (6) elmi məqalələrin və  6 fənn proqramının müəllifidir. 

Elmi əsərləri

1. “Kommersiya banklarında maliyyə nəticələrinin təhlili” Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası,  Əmək və Sosial Münasibətlər elmi-praktiki jurnal № 1 (11), Bakı–2019

2. “Kommersiya banklarının müasir vəziyyəti” Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Pandemiyanın dünya ölkələrinin sosial-iqtisadi inkişafına təsiri problemləri. Beynəlxalq elmi-praktik konfrans, Bakı 31.05.2021

3. “Aqrar biznesin elektronlaşdırılması və onun inkişaf mərhələləri” Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Modernləşmənin prioritet istiqamətləri: sosiomədəni və iqtisadi-ekoloji aspektlər Beynəlxalq elmi-praktik konfrans, Bakı 06.05.2022

4. “Qarabağda investisiyanın həyata keçirilməsi üçün kapital qoyuluşunun maliyyələşdirilməsi”

16.10.2024  [ 10:47 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.