Akademiyanın tələbələrinə psixoloji dəstək üçün onlara yardım məqsədilə fəaliyyət göstərir. Psixoloq Metin Hasanov Güldenizdir
Mərkəzin məqsədləri və fəaliyyət istiqamətləri:
1. Mərkəzin məqsədləri:
1.1. Mərkəzə müraciət edən bütün şəxslərin, xüsusilə tələbələrin və universitet əməkdaşlarının psixoloji və sosial adaptasiya səviyyələrini yüksəltmək, problemlərini həll etmək və özlərini təkmilləşdirməkdə köməklik etmək;
1.2. Akademiya tələbələrinin həyatları boyunca təhsil, peşə və şəxsi-sosial sahələrdə inkişaf etmələri, qarşılaşdıqları problemlərlə mübarizə aparmaları və həyatlarını daha məmnuniyyətlə davam etdirmələri üçün yardım etmək;
1.3. Tələbələrin sağlam sosial, emosional və idrak inkişafının qorunmasına kömək etmək;
1.4. Tələbələrin təhsil dövründə yarana biləcək müxtəlif problemlərə qarşı qabaqlayıcı və inkişaf etdirici tədqiqatlar və təcrübələr təqdim etmək;
1.5. Mərkəzin fəaliyyət sahələri üzrə təlim, tədqiqat və tətbiqlər həyata keçirmək və bu sahədə pedaqoq və psixoloq aparacağı tədqiqatlara dəstək vermək;
1.6. Psixoloji xidmət və konsultasiya mərkəzinin əməkdaşlarının peşəkar inkişafına töhfə vermək;
2. Mərkəzin fəaliyyət istiqamətləri:
2.1. Məlumatlandırma: Akademiyada açılan imkanlar haqqında tələbələri məlumatlandırmaq və yeni qəbul olan tələbələrlə psixoloji söhbətlər aparmaq;
2.2. Psixo-təhsil: Tələbələrin şəxsi, sosial və təhsil səriştələrini artırmaq üçün təhlükəsizlik, effektiv iş, qərar qəbul etmə, narahatlıq və stresslə mübarizə, şəxsiyyətlərarası ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi və bu kimi mövzularda qruplarla qrup işinin aparılması.
2.3. Məsləhətləşmələrin monitorinqi və qiymətləndirilməsi: Mərkəzdə təklif olunan xidmətlərin effektivliyini qiymətləndirmək üçün monitorinq və qiymətləndirmə xidmətlərini həyata keçirmək və lazım gəldikdə konsultasiya araşdırmaları aparmaq;
2.4. Psixoloji konsultasiya: Mərkəzdə çalışan psixoloji məsləhətçilər tərəfindən tələbələrə fərdi və qrup şəklində məsləhət xidmətlərinin göstərilməsi;