Yataqxana

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) tələbə yataqxanası tələbələrin rahat və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir. Yataqxana 5 mərtəbədən ibarətdir və tələbələrin rahat yaşayışı üçün bütün zəruri məişət şəraitinə malikdir.

Hər mərtəbədə 9 otaq və bir ümumi mətbəx mövcuddur. Otaqlar geniş və rahat olmaqla, tələbələrin gündəlik ehtiyaclarını qarşılamaq üçün lazımi avadanlıqlarla – çarpayı, stol-stul dəsti, dolab və digər məişət əşyaları ilə təchiz edilmişdir. Hər otaqda 2 tələbə yerləşir. Sanitar qovşaqlar hər otağın daxilində yerləşir ki, bu da tələbələrin rahatlığını təmin edən əsas amillərdən biridir.

Tələbələrin təhlükəsizliyini və nizam-intizamı təmin etmək məqsədilə yataqxana 7/24 təhlükəsizlik kameraları ilə müşahidə altındadır. Bundan əlavə, giriş-çıxış saatları müəyyən olunmuş qaydalara uyğun tənzimlənir.

Yataqxanada tələbələrin təhsil fəaliyyətini dəstəkləmək məqsədilə hər cür şərait yaradılmışdır. Bununla yanaşı, tələbələrin sağlam həyat tərzi sürmələri və idmanla məşğul olmaları üçün idman zalları da fəaliyyət göstərir. Yataqxana tələbələrə həm tədris, həm də sosial və fiziki inkişaf üçün optimal mühit təqdim edir.