AƏSMA-da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən Milli Proqram haqqında seminar keçirilib

26 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu, qlobal öyrənmə platforması olan “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Milli Proqram” layihəsi haqqında seminar keçirilib.

AƏSMA-nınHəmkarlar İttifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva Akademiyanın tələbələrini Milli Proqramla tanış edib.

Seminar zamanı proqramın əsas məqsədi (Ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək vermək) tələbələrə çatdırılıb.

Proqrama qatılmaq üçün Milli Proqram barədə ətraflı video məlumat, qeydiyyat formu üzrə izahlı video təlimat, eləcədə altyazı ilə Azərbaycan dilinə tərcümə olunmuş vəsəsli formada dublyaj edilmiş kursların siyahısı seminar iştirakçılarına təqdim olunub.