Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) və üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 20-22 may 2025-ci il tarixlərində keçirilən “NEXT STEP” Təlim Proqramı uğurla yekunlaşıb.
Proqram çərçivəsində tələbələrə sağlam həyat tərzi, şəxsi inkişaf və ictimai maarifləndirməyə dair geniş mövzular təqdim olunub.
İştirakçılar sağlam və balanslı qidalanmanın fiziki və zehni sağlamlığa təsiri, gənclərin narkotiklərdən qorunması və cəmiyyətin bu sahədə maarifləndirilməsi zərurəti, fiziki aktivliyin sağlamlığa təsiri, idarəçilikdə strateji planlamanın əhəmiyyəti, erkən nikahların fəsadları və sağlam ailə modeli, stressin idarə olunması və effektiv zaman bölgüsü ilə bağlı məlumatlandırılıb. Həmçinin, ilkin tibbi yardıma dair tətbiqi məşğələ keçirilib. Ağız və diş gigiyenasının ümumi sağlamlıqdakı rolunu izah edilərək gündəlik profilaktik tövsiyələr verilib.
Təlim iştirakçıların gələcək peşə fəaliyyətinə töhfə verəcək bilik və bacarıqlar qazandırıb.