AƏSMA-da “Azərbaycan Respublikasında rəqəmsal transformasiya və yaşıl iqtisadiyyatın əsas prioritetləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib

22 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasında rəqəmsal transformasiya və yaşıl iqtisadiyyatın əsas prioritetləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın açılış mərasimində AƏSMA-nın rektor vəzifəsini icra edən dosent Yusif Ağayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərini qeyd edib. Rektor tələbələrin elmi fəaliyyətə cəlb edilməsinin, elmi potensiallarının dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb. Yusif Ağayev konfransın mövzusunun ölkədə həyata keçirilən rəqəmsallaşma siyasəti və dayanıqlı inkişaf hədəfləri ilə səsləşdiyini qeyd edərək, bu istiqamətdə gənc tədqiqatçıların iştirakının əhəmiyyətini xüsusi vurğulayıb.

Konfrans “İqtisadiyyat”, “Humanitar və Sosial Elmlər” və “İKT və Təbiət Elmləri” bölmələri üzrə işini davam etdirib. Bölmə iclaslarında ümumilikdə iyirmi yeddi (27) magistrant və qırx beş (45) bakalavr elmi məruzə ilə çıxış edib. Təqdim olunan mövzular müasir dövrün sosial-iqtisadi reallıqları, rəqəmsal texnologiyaların tətbiqi, ekoloji çağırışlar və yaşıl iqtisadiyyat modelləri ilə bağlı aktual məsələləri əhatə edib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.