23 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) şəhid məzunlarının əziz anaları Akademiyada olublar.
AƏSMA-nın rektor vəzifəsini icra edən Yusif Ağayev şəhid anaları ilə görüşüb. Görüş zamanı şəhidlərin əziz xatirəsi bir daha yad edilib, onların Vətən qarşısındakı misilsiz xidmətləri vurğulanıb.
Daha sonra şəhid anaları Akademiya ilə tanış olub, məzun şəhidlərimizin xatirəsinə həsr edilmiş guşə ziyarət edilib.