12-16 və 19-23 may 2025-ci il tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) təşkil olunan növbəti ixtisasartırma təlimləri yekunlaşıb.
Təlimlər zamanı iştirakçılara əmək qanunvericiliyinin aktual məsələləri, əmək münasibətlərinin tənzimlənməsi, həmkarlar ittifaqlarının müasir rolu və funksiyaları, sosial tərəfdaşlıq, əmək münasibətlərinin tənzimlənmə mexanizmi və münaqişələrin idarə olunması ilə bağlı mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.