BP şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşlarına təlim keçirilib.
Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunan təlimdə BP-nin nümayəndəsi İdrak Nəzərov şirkətin əməyin təhlükəsizliyi ilə bağlı tətbiq etdiyi qabaqcıl təcrübələri diqqətə çatdırıb.
Həmçinin iştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri və normaları izah edilib, bu aspektdə işin təşkili qaydaları barədə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.