ATİAHİ Respublika Komitəsi və AƏSMA nın birgə təşkilatçılığı ilə keçirilən növbəti Sinerji təlimi

Mayın 17-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Sinerji təlim və inkişaf proqramı çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - AƏSMA müəllim heyəti və tələbələri üçün növbəti təlimlər keçirilib.

Təlimlər çərçivəsində müəllimlər üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlimçi Fəxri Məmmədzadə, tələbələr üçün isə “Gəlin birlikdə müsahibəyə hazırlaşaq” mövzusunda təlimçi Dürnisə Əbülhəsənova tərəfindən təqdimatla edilib.

Təlimlər interaktiv şəkildə təşkil olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və sual-cavab formatında davam etdirilib.