AƏSMA-da "Networking" mövzusunda tələbələr üçün təlim keçirilib

Aprelin 26-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin "Sinerji" təlim və inkişaf proqramı çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) tələbələri üçün növbəti təlim keçirilib. Təlim maraqlı praktik oyunlar üslubunda baş tutub.

Təlimçi Leyla Rəhimova "Şəbəkələşmə nədir?", "Bədən dilindən necə istifadə etməliyik?", "Effektiv şəbəkələşmə və münasibətlərin qurulması" və s. mövzuları ətraflı əhatə edərək, təlimin sonunda tələbələrə test tapşırıqları verib.

Təlim sual-cavab ilə davam etdirilib.