AƏSMA-nın əməkdaşı "Universitet-sənaye əməkdaşlığı: istiqamətlər, nümunələr və süni intellekt" adlı beynəlxalq forumda iştirak edib

Azərbaycan Texniki Universitetində (AzTU) “Universitet-sənaye əməkdaşlığı: istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib. Tədbirdə müxtəlif elm və təhsil qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və Karyera şöbəsinin mütəxəssisi Qədirova Xəyalə də iştirak edib.

Forum çərçivəsində sənaye ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, qabaqcıl təcrübələr və süni intellektin bu sahədəki rolu geniş müzakirə olunub.