14-18 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Həmkarlar ittifaqı təşkilatının fəaliyyətində rəqəmsal xidmətlərinin əhəmiyyəti” mövzusunda təlim programı uğurla başa çatıb.
Təlimin məqsədi həmkarlar ittifaqı üzvlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsallaşma və rəqəmsal savadlılıq sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına və həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.