21-25 aprel 2025-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Həmkarlar ittifaqının əsasları” mövzusunda təlim programı uğurla başa çatıb.
Təlimlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin və işəgötürənin əsas hüquq və vəzifələri, əməkhaqqının ödənilməsi və hesablanması qaydası sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına və həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.