AƏSMA-da “Gender siyasəti və həmkarlar ittifaqları: əsas istiqamətlər, problemlər və dünya təcrübəsi” mövzusunda ixtisasartırma təlimi yekunlaşıb

28 aprel – 2 may tarixində 2025-ci il tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Gender siyasəti və həmkarlar ittifaqları: əsas istiqamətlər, problemlər və dünya təcrübəsi” mövzusunda təlim programı uğurla başa çatıb.

Təlimin əsas məqsədi həmkarlar ittifaqları üzvləri və işəgötürənlər üçün gender bərabərliyi sahəsində maariflənməni artırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaq olub.

Proqram çərçivəsində iştirakçılar gender siyasətinin hüquqi və institusional əsasları, bərabər imkanların təminində həmkarlar ittifaqlarının rolu, eləcə də beynəlxalq təcrübələr barədə geniş məlumat əldə ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.