AƏSMA-da “Strateji hədəflərə çatmaqda İKT” mövzusunda tələbə elmi konfransı keçirilib

23 aprel 2025-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Strateji hədəflərə çatmaqda İKT” mövzusunda Tələbə Elmi Konfransı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev, Beynəlxalq əlaqələr üzrə prorektor Xəyalə Məmmədova “Konstitusiya və Suverenlik ili”nin əhəmiyyəti barədə məlumat verib, tələbələrin iştirakı ilə keçirilən bu cür tədbirlər onların dünyagörüşünün inkişafına, bilik və bacarıqlarının artmasında mühüm rol oynadığını bildiriblər.

Konfransda Akademiyanın tələbələri elmi təqdimatlarla çıxış ediblər. Təqdimatlarda informasiya-kommunikasiya texnologiyalarının strateji məqsədlərə çatmaqda rolu və çağdaş dövrdə bu sahənin əhəmiyyəti vurğulanıb.

Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.