AƏSMA-da İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə İƏT Əmək Mərkəzinin “Tədqiqat, İnnovasiyalar və Əmək Standartları” şöbəsinin müdiri Nuranə Məmmədova və “Layihələr, Təlim və Əməkdaşlıq” departamentinin mütəxəssisi Nicat Məmmədzadə iştirak ediblər.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, o cümlədən birgə təşəbbüslərin həyata keçirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda AƏSMA rəhbərliyi qonaqları Akademiyada fəaliyyət göstərən İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi, yataqxana şəraiti və inzibati bina ilə tanış ediblər.