AƏSMA məzunları ilə görüşlərə başlanılıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Maliyyə və mühasibat” kafedrasının təşəbbüsü ilə aprel ayında “Məzun ayı” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Akademiyanın müxtəlif illərdə məzun olmuş tələbələri Cavid Qurbanov – Premium Star MMC maliyyə direktoru, Zamiq Təhməzov – “BirBank” Ordubad filialının müdiri, Rəna Tağıyeva – SOCAR İnfortmasiya Texnologiyaları və Rabitə idarəesinin aparıcı mühasib ilə tələbələrin görüşü təşkil edilib.

Məzunlar öz ixtisas sahələrində əmək bazarında qazandıqları real təcrübə və peşəkar bacarıqları tələbələrlə bölüşərək, onları maraqlandıran sualları cavablandırıblar. Görüşlərin əsas məqsədi tələbələrin nəzəri biliklərlə yanaşı, eyni zamanda real iş mühitində formalaşmış praktiki bilik və vərdişlərlə tanış olmalarına şərait yaratmaq, həmçinin onlarda karyera planlaması istiqamətində motivasiyanı artırmaqdır.

Layihə çərçivəsində məzunlar əmək bazarının aktual çağırışları, müasir meyillər və uğurlu karyera qurmağın əsas prinsipləri barədə geniş məlumat təqdim ediblər. Görüşlər interaktiv müzakirələr şəklində təşkil olunub ki, bu da tələbələrin fəallığını və marağını daha da artırıb.