21.04.2025-ci il tarixində AƏSMA-nın “İqtisadiyat və idarəetmə” kafedrası “Rəqəmsal transformasiyanın iqtisadi inkişafa təsiri” mövzusunda Elmi seminar keçirib.
Seminarı giriş sözü ilə prof. Vilayət İsmayılov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında ölkə başçısı Sərəncam imzalamışdır. Təşkil edilmiş Elmi seminar həm professor-müəllim heyəti, həm magistrantlar, həm də bakalavriatlar üçün olduqca əhəmiyyətli olmaqla onların rəqəmsallaşma, rəqəmsal transformasiya və iqtisadi sahələrin rəqəmsallarşmasının müsbət cəhətləri haqqında geniş informasiya əldə etməsində mühüm dəstək verəcəkdir. Sonra “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti, i.f.d. Şakur Səfərov “Rəqəmsal transformasiyanın iqtisadi inkişafa təsiri” mövzusunda geniş çıxış etdi. Çıxışın sonunda iştirakçılar öz fikirlərini bölüşərək sual-cavab şəraitində Elmi seminarı davam etdiriblər.