14-18 aprel tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə keçirilən “Əmək qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda keçiridiyi təlimlər başa çatıb. Beş gün davam edən təlimdə ATİAHİ-nin üzv təşkilatların sədrlərinə təlimçi Ruslan Vəliyev, Qaya Əliyev, Sadiq Bağırov, Mirhüseyn Həbibli “Əmək qanunvericiliyinin tətbiqi problemləri” ilə bağlı təlim keçiblər.
Təlimin məqsədi iştirakçıların əmək qanunvericiliyi sahəsində bilik və bacarıqlarının artırılması, qanunvericiliyin praktiki tətbiqi zamanı yaranan çətinliklərin müzakirəsi və onların həll yollarının müəyyənləşdirilməsini təmin etməkdir.
Sonda təlimlərdə iştirak edən komitə sədrlərinə sertifikatlar təqdim edilib.