17 aprel 2025-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Riyaziyyat və informasiya texnologiyaları” kafedrası və “Magistratura” şöbəsinin birgə təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı: süni intellekt və iqtisadiyyat” mövzusunda elmi-praktiki Konfrans keçirilib.
İlkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev çıxışında bildirib ki, Dördüncü Sənaye İnqilabı–süni intellekt və rəqəmsallaşma kimi texnoloji yeniliklər iqtisadiyyatda və cəmiyyətində dəyişikliklərə səbəb olur. O, süni intellektin təsirinin elmi şəkildə araşdırılmasının, praktiki həllərin təklif edilməsinin və bu sahədə təsisatlar arasında əməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayaraq konfransa uğurlar arzulayıb.
Konfransın plenar bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, f.e.d., prof. Əli Abasov, Azərbaycan İqtisad Universitetinin Əmək Bazarının Təhlili və Tədqiqat Mərkəzinin direktor müavini, f.f.d., dos. Mətləb Mahmudov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun informasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri, f.f.d., dos. Məhəmməd Cabrayılov, AƏSMA-nın Riyaziyyat və İT kafedrasının müdiri, tex.f.d, dos. Niyar Umarova, Bakı Biznes Universiteti İnformasiya texnologiyaları kafedrasının müdiri, tex.f.d., dos. İmanova Tünzalə, AƏSMA-nın Riyaziyyat və İT kafedrasının İT üzrə mütəxəssisi, doktorant Rüfət Həsənov çıxış ediblər.
Sonra kofrans panel bölmələrdə davam edib.