Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Bayram tədbirində AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev baharın müjdəçisi, həmrəylik və xeyirxahlıq rəmzi olan Novruz bayramı münasibətilə kollektivi təbrik edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla reallaşdıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi bərpa edilib, artıq xalqımız bayramlarını qələbə, zəfər əhval-ruhiyyəsi ilə keçirir.
Tədbir bədii hissə ilə davam edib, iştirakçılara bayram hədiyyələri təqdim olunub.