17.03.2025-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) əməkdaşları və tələbələri Bilgəh qəsəbəsində yerləşən “Ahıllar evi”ndə Novruz Bayramı münasibətilə şənlik təşkil ediblər, onlara bayram sövqatı hədiyyə olunub.
Müəssisənin rəhbəri Samirə Mehtiyeva tələbələrə müəssisə və onun sakinləri barədə məlumat verib. AHİK könüllüləri və gələcəyin sosial işçiləri olan AƏSMA tələbələri ahıllarla söhbətlər aparıb, onların həyatı ilə tanış olublar. Ahıllar onlar üçün yaradılmış şərait üçün öz razılıqlarını bildiriblər.