AƏSMA-nın bir qrup tələbəsi sığınacağa baş çəkiblər

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakültəsi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib. Akademiyanın müəllim və tələbələri bir qrup qadınlar və onların övladları ilə görüşərək, onlara bayram hədiyyələri təqdim ediblər. Görüş zamanı qadınlara səmimi təbriklər çatdırılıb, uşaqlar isə sevinc dolu anlar yaşayıb.