Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Əlaqələr” şöbəsi AƏSMA-nın Elmi Şurasının 12.09.2019-cu il tarixli qərarı ilə yaradılmış və AƏSMA-struktur bölməsidir. Şöbə öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, AƏSMA-nın Nizamnaməsi və digər normativ hüquqi sənədlər əsasında qurur.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Əlaqələr” şöbəsi 14.01.2019-cu il tarixində Avropa Komissiyasının qeydiyyatından keçərək, PİC (Participant İdentification Code) kodu əldə etmişdir.
Şöbənin məqsədi:
Şöbənin əsas məqsədi AƏSMA-nın müxtəlif beynəlxalq əməkdaşlıq proqramlarında, layihələrdə iştirakını təşkil və koordinasiya etmətklə, akademiyanın beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, elmi-tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılmasına nail olmaqdan ibarətdir.
Şöbənin əsas vəzifələri:
Şöbə fəaliyyət göstərdiyi müddətdə bir neçə Beynəlxalq tədbirlərdə həm vebinar onlayn, həm də canlı iştirak etmişdir.
AƏSMA Türkiyənin Manisa Celal Bayar Universiteti, EGE Universiteti, Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistann İqtisadiyyat və Pedaqogika Universiteti, Kazaxstan və Belarus Respublikasının müxtəlif Universitetləri ilə ikili əməkdaşlıq sazişləri imzalanmışdır.
2020-2022 -ci illərdə Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində AƏSMA Beynəlxalq layihədə assosiativ tərəfdaş kimi iştirak edib.