AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA-da Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası


image small

AƏSMA-da Erasmus+ proqramı çərçivəsində

məlumatlandırma sessiyası keçirilib

26 aprel 2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) kiçik akt zalında Beynəlxalq Əlaqələr şöbəsinin təşkilatçılığı ilə Azərbaycanda Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun təqdimatında Akademiyanın müəllim və tələbələri üçün məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru prof. Fərhad Möhbalıyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. Mahir Calalov, müəllimlər və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. M.Calalov Akademiyanın xarici əlaqələrinin genişləndirilməsindən, yeni əməkdaşlıq müqavilələrinin imzalanmasından, müəllim və tələbələrin xarici ölkələrdə bir və ya iki semestr müddətində mübadilə proqramında iştirak etməsi və müxtəlif səfirliklərin beynəlxalq təhsil və mübadilə proqramları haqqında məlumatlardan bəhs edib. Sonra söz Erasmus+ ofisinin direktoru Pərviz Bağırova verilib. P.Bağırov ilk öncə dəvətə görə Akademiyanın rəhbərliyinə və M. Calalova təşəkkür edib və təqdimatla çıxış edib. Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırov Erasmus+ proqramları, o cümlədən mobillik, Jean Monnet (CBVET, EMJM/EMDM) və yeni elan edilmiş qrant müsabiqələri, layihələrin maliyyələşdirməsi mexanizmləri haqqında ətraflı məlumat verib.

Məlumat sessiyasında ali təhsil müəssisələrində potensialın gücləndirilməsi üçün Azərbaycanın milli prioritet istiqamətləri və cari müsabiqədən istifadə yolları haqqında zəruri informasiyalar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, Erasmus+ proqramlarının ali təhsil müəssisələrinin potensialının gücləndirilməsi və icra olunan Erasmus+ KA2 layihələrin çərçivəsində təhsil proqramlarının keyfiyyətinin artırılmasından, Avropalı tərəfdaşlarla yeni ixtisasların və laboratoriyaların təşkilinin əhəmiyyətindən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin yeni layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramları və yeni qrant müsabiqələri haqqında daha ətraflı informasiyanı aşagıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

https://www.eacea.ec.europa.eu/.../online-info-session-2...

https://www.eacea.ec.europa.eu/.../online-info-session...

https://www.eacea.ec.europa.eu/.../online-info-session...

https://www.eacea.ec.europa.eu/.../online-info-session...

26.04.2022  [ 12:47 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.