AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“İnsan hüquqlarının qorunması prioritet siyasət kimi” mövzusunda elmi-praktik konfrans


image small

     4 iyun 2022-ci il tarixdə Azərbaycan  Əmək və  Sosial Münasibətlər Akademiyasında    Azərbaycan Respubl­i­kasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının qorunması prioritet siyasət kimi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı Akademiyanın elmi və tədris işləri üzrə prorektoru dosent Fəhrad Möhbalıyev açaraq tədbirin əhəmiyyətindən və ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışdı.  Sonra söz alan Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov insan hüquqlarının sahəsində Ombudsmanın fəaliyyətindən, Azərbaycan  Əmək  və Sosial Münasibətlər Aka­demiyasının Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müəllimi Kamal Hacıyev Azərbaycanın əsas qanununda insan hüquq və azadlıqlarının qoyuluşundan və  oradakı maddələrin işləmə mexanizmlərindən,  AƏSMA  HİH və sosial fənlər kafedrasının müəllimi Nailə Qəhrəmanova insan hüquqları və hüquqi mədəniyyətin spesifik xüsusiyyətlərindən, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov insan hüquqlarının gender aspektindən, IV kurs tələbəsi  İlham Həsənzadə Azərbaycanda uşaq hüquqlarının müdafiəsindən danışmış, maraqlı müzakirələr olmuşdur.

14.06.2022  [ 10:32 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.