Milli Qurtuluş gününün 29-cu ildönümü Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi hörmətli Emin Hüseynovun iştirakı ilə bir qrup ziyalılarla Ağdamda qeyd olundu. Ziyalılar arasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru prof. Hüseyn Qaraşov da olmuşdur.