22.06.2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü təşkil edilmişdir. Tədbir Akademiyanın rektoru prof. Hüseyn Qaraşovun məzun və qonaqlara müraciəti ilə başlamışdır. Gələcəyimizin aydın gənclərə bağlı olduğunu bildirən rektor məzunlara gələcək həyatlarında uğur və müvəffəqiyyət arzu etmişdir.
Daha sonra məzun valideyn və yaxınları söz almış, öz övladları, doğma Akademiya haqqında gözəl təəssüratlarını bölüşmüşlər. O cümlədən məzunlar söz alaraq təhsil prosseslərindən, yadda qalan xatirələrindən bəhs etmişlər.
Doğma Akademiyadan bakalavr səviyyəsi üzrə Sosial iş kafedrası üzrə 52, Maliyyə-iqtisad kafedrası üzrə isə 33 tələbə, o cümlədən magistratura səviyyəsi üzrə isə 4 tələbə məzun olmuşdur.
Məzun gününün bədii hissəsində Akademiyanın tələbələri və dəvət olunmuş qonaqlar tərəfindən mahnılar səslənmiş, məzunlarla müəllimlərin qarşılıqlı rəqsləri ilə irəliləyən tədbir gözəl xatirə və anlarla yadda qalmışdır. Bütün məzunlarımıza gələcək iş və şəxsi həyatlarında uğurlar arzu edirik.