AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Mən öz gələcəyimi seçirəm” adlı seminar keçirildi.


image small

     29 iyun 2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 26 iyun “Narkotik vasitələrinin sui - istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar olaraq Akademiyada tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə “Mən öz gələcəyimi seçirəm” adlı seminar keçirildi.

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Billur Məmmədova  keçirilən seminarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığını vurğuladı. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə yaşamalarını diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparılması, narkomaniyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışdı.

Sonda Billur Məmmədova Narkomaniya ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırdı.

29.06.2022  [ 14:39 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.