Sentyabrın 8-i Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqlarının (ATiAHi) Nabranda
yerləşən "Təhsil" istirahət mərkəzində konfrans keçirilmişdir.
"Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik
ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində Həmkarlar ittifaqlarının vəzifələri" mövzusunda
keçirilən həmin konfransda 20 ali təhsil müəssisəsindən 120 tələbə iştirak etmişdir. O cümlədən, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 5 tələbəsi konfransa qatılmış və AƏSMA THİK sədri-Məhəmməd Baxşəliyev konfransda çıxış etmişdir.