AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı anım tədbiri keçirilib.


image small

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev Sovet ordusunun həyata keçirdiyi qətliamdan danışmış, bu faciəli hadisənin xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirmişdir.

Dos. Y.Ağayev Ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransını xatırlatmışdır. Ümummilli liderin siyasi hakimiyyətə yenidən qayıdışından sonrada şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarix ümumxalq hüzn günü kimi qeyd edilib və hadisəyə siyasi-hüquqi qiymət verilib. Y.Ağayev diqqətə çatdırıb ki, ölkə prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman uca tutmuş onların ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət göstərmişdir.

Daha sonra “Sosial iş” fakültəsinin dekanı dos. Nurəngiz Mikayılova, “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos.Lalə Mahmudova, “Maliyyə-İqtisad” fakültəsinin THİT sədri Aysel Həsənova, “Sosial iş” fakültəsinin IV kurs tələbəsi İlkin İbrahimov çıxış etmişlər.

Çıxış edən natiqlər tariximizin belə səhifələrini yad etməyi, gənclərə xatırlatmağın əhəmiyyətini qeyd etmişlər. 

17.01.2025  [ 12:08 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.