Dekabrın 2-də bütün
kateqoriyalı həmkarlar ittifaqı işçiləri üçün aşağıdakı “Əməyin mühafizəsi
və təhlükəsizliyinin strategiyası, ekoloji təhlükəsizlik” mövzusunda 5
günlük kurslar başladı
Kurslarda : Baku
Steel Company››, Dəniz Nəqliyyatı Dövlət İdarələri və İctimai Xidmət Fövqəladə
Hallar Nazirliyi Azərsu›› TəsərrüfatıⅤⅠ.‹‹Kənd-Qida-İş››, Müdafiə sənayesi, Mədəniyyət
işhəmkarlar ittifaqı orqanlarının nümayəndələri iştirak etmişlər.
Bu gün ətraf mühit,
ekologiya, insanların təbiətlə münasibətləri problemləri cəmiyyətin həyatında
mühüm əhəmiyyət kəsb edir və həmkarlar ittifaqları bir ictimai təşkilat kimi
ekoloqların üzləşdiyi problemlər barədə məlumatlandırılmalıdırlar. Bunun əsasında
aşağıdakı mövzuları özündə əks etdirən proqram hazırlanıb, o cümlədən “ Ekoloji təhlükəsizlik və ətraf
mühitin mühafizəsi sahəsində Azərbaycan qanunvericiliyi”, “Ekoloji təhlükəsizlik
və insan sağlamlığı”, “Ətraf mühitin mühafizəsi sahəsində sənaye ekoloji nəzarətinin
təşkili və aparılması”, “Ekoloji mədəniyyət və sosial tərəfdaşlıq”, “Müəssisədə
su ehtiyatlarından istifadə qaydası”, “Ətraf mühitin mühafizəsi sahəsində tənzimləmənin
iqtisadi üsulları qanunvericilik normalarının öyrənilməsi”, “Əməyin
motivasiyası, müasir işçinin ehtiyacları.Motivasiya prosesi üçün informasiya dəstəyi.Motivasiya
tədbirlərinin təşkili”, “Azərbaycanda COP29: reallıq və perspektivlər”, “Müəssisədə
tullantıların təhlükəsiziyinin idarə edilməsi”, “Ətraf
mühitin mühafizəsi sahəsində tənzimləmənin iqtisadi üsulları qanunvericilik
normalarının öyrənilməsi Əməyin motivasiyası, müasir işçinin ehtiyacları”, “Motivasiya
prosesi üçün informasiya dəstəyi. Motivasiya tədbirlərinin təşkili , “Müəssisədə tullantıların təhlükəsiziyinin idarə edilməsi” və s.
Qeyd edək ki, bu kursların
keçirilməsinə aidiyyəti dövlət qurumları, həm Ekologiya Nazirliyi, həm də Dövlət
Əmək Müfəttişliyi çox məsuliyyətlə yanaşıblar. Dərslərin keçirilməsi üçün
aşağıdakı mütəxəssislər dəvət olunub .Həmişə olduğu kimi bu dəfə də mütəxəssislər
və müəllimlər geniş təqdimatla çıxışlarını müşayiət ediblər. Həmçinin: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyin
Aparatının əməkdaşları: Elvin Cəfərov-“Hüquq və insan resursları ”şöbəsinin
məsləhətçisi, Amil Sefiyev,
Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi” şöbəsinin sektor
müdiri Sadiq Darafarin - Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
şöbə müdiri Vəfa Məmmədova - “Ekoloji təhlükəsizlik fəaliyyətinin
təhlili və qiymətləndirilməsi” şöbəsinin sektor müdiriMehman “Ekoloji siyasət”
şöbəsinin sektor müdiri Süleymanov Ülfət - “Hüquq və insan resursları” şöbəsinin
aparıcı məsləhətçi Yaşar Kərimov - “Beynəlxalq əməkdaşlıq” şöbəsinin
müdir müavini, - AR Əmək və
Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları
Murad Əliyev
- “Əməyin mühafizəsi” sektorunun məsləhətçisi-əmək müfəttişi, Təranə
Vəliyeva - baş məsləhətçisi.
Əlavə qeyd etmək istiyərdik ki proqrama “Peşəkar və emosional tükənmə” mövzu daxil etmişik hansı ki istehsalat mühitində vacib yer tuturdu və onu izahatı, dərindən tanış olmaq üçün , bu problemin əsas cəhətlərini peşəkarcasına açmaq üçün Məsməxanım Hacıyeva - “Senur” Psixoloji Mərkəzinin təcrübəli psixoloq dəvət olunmüıdu.
Bu kursların tədris prosesi fəal tədris metodları və müzakirələr üzərində qurulmuşdur ki, bu da təcrübədən göründüyü kimi böyük idrak effektinə malikdir.