AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Həmkarlar ittifaqları, həmkarlar ittifaqı təşkilatının strukturu, münaqişələr, idarəetmə və həmkarlar ittifaqı rəhbərinin rolu


image small

Bu il sentyabrın 12-də 5 günlük kursların həmkarlar ittifaqı liderləri həmkarlar ittifaqı hərəkatının əsasını təşkil edən mövzularla, yəni bütövlükdə Azərbaycanda həmkarlar ittifaqlarının strukturu, sahə  həmkarlar ittifaqları orqanı, həmkarlar ittifaqı təşkilatı ilə və həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini tənzimləyən əsas sənəd - Nizamnamə ilə tanış oldular.

“Azərbaycanda həmkarlar ittifaqlarının təşkilatının strukturu : AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı. Həmkarlar ittifaqı nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”  mövzuda çıxış edən Mirzə Cəfərzadə -  Təhsil işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixindən, həmkarlar ittifaqı orqanlarının strukturundan ətraflı danışıb və onların komissiyalarının təşkili və fəaliyyəti izah edib. 

Çoxlu suallar Nizamnamə ilə bağlı idi və burada Mirzə müəllim, Təhsil işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin nümünə kimi Nizamnaməsinə əsaslanaraq, hər bir bölməsi, həmkarlar ittifaqı təşkilatının yaradılmasının hüquqi tərəfi, nizamnamənin rolu ,həmkarlar ittifqı üzvlü haqqı, onun faizi müzakirə mövzusu oldu.

Həmkarlar ittifaqı təşkilatlarının təcrübəsi göstərir ki, onların fəaliyyətində müxtəlif növ münaqişələr yaranır, məsələn, əmək intizamının pozulması, kollektiv müqavilənin müzakirəsi müddətində işəgötürənlə həmkarlar ittifaqı təşkilatının nümayəndələri arasında danışıqların aparılması, gecikdirilmə zamanı əmək haqqı və s. Buna əsaslanaraq dinləyicilər  Məsməxanım Hacıyeva- “ Senur” Psixoloji Mərkəzinin psixoloqu- bu mövzunun nəzəri aspektləri açığlandırıb, o cümlədən  (Münaqişələrin həlli üçün texnologiyalar və mexanizmlər. Sosial münaqişələrin əsas xüsusiyyətləri. Münaqişə modelləri: işgüzar mübahisə, münasibətlərin rəsmiləşdirilməsi, psixoloji antaqonizm. Sosial münaqişənin həlli mexanizmləri. Onların qarşısının alınması) dinləyiblər. Sonda  kiçik qruplarda verilən situasiyaları araşdıraraq onların həlli üçün öz təkliflərini bildirdilər .

Nurəddin İbrahimov - AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyassəti” kafedrasının dosenti, siyasi elm.üzrə f.d.  “Rəhbərlik və idarəetmə” mövzusunda bu günkü təlimi yekünlaşdı. Mövzuda  aşağdaki məsələlərə toxundu :  (qrup liderlik fəaliyyəti üçün bir məkan kimi,  təəssüratların idarə edilməsi və ya liderlik simvolizmi, xarizma. qadın liderliyi, situasiya liderliyi, kritik vəziyyətlərdə liderlik )

Günün yekunlarına vurularaq dinləyicilərlə söhbət aparıldı, son gün müsahibə üçün suallar paylandı və dinləyicilərin hər birinə gələcək ünsiyyət üçün bütün qrupun kontaktlatrı ilə birgə siyahısı verildi.

12.09.2024  [ 08:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.