Bu gün 5 günlük kursun dinləyiciləri
həmkarlar ittifaqlarının təşkilati işinin əsasları, liderinin və komandaların formalaşması, sosial layihələrin
işlənib hazırlanması mexanizmi ilə bağlı mövzuları dinləyiblər. Təlim praktiki
tapşırıqları yerinə yetirilməsi, situasiyaların həll edilməsi şəklində
keçirilmişdi.
Layihələrin, o cümlədən
sosial layihələrin hazırlanması problemi dinləyicilərin xüsusi marağına səbəb
olub. Təlim zamanı dinləyicilər bəzi layihələrdə iştirak təcrübələrini bölüşüb
və öz təkliflərini bildiriblər. Məsələ, liderlik problemi mövzusunda keçirilən məşğələdə kurs iştirakçıları “Həmkarlar
İttifaqının bugünkü lideri” mövzusunda öz layihələrini təqdim etdilər,
layihələrin müzakirəsi çox fəal keçdi,
çıxış edənlərin hər biri bugünkü həmkarlar ittifaqı liderinin portreti ilə
bağlı fikirlərini təqdim etdi.