Azərbaycan Əmək və Sosial Akademiyada sahə həmkarlar
ittifaqı orqanlarının işçiləri üçün təlim davam edir. Bu il 29 aprel tarixdə «Azərbaycan Respublikası Əmək Məcəlləsi və həmkarlar ittifaqlarının
sosial - əmək münasibətlərinin tənzimlənməsində iştirakı” adlı üç günlük kurslar keçirilib.
Kurs
proqramına sosial-əmək münasibətlərinin tənzimlənməsi, həmkarlar ittifaqlarının
rolu və yeri, həmkarlar ittifaqı fəaliyyətinin bu sahədə əsas qanunlarla
tanışlıq ilə bağlı mövzuları və digər mövzular daxil edilmişdir: “AR Əmək
Məcəlləsi: əməkçilərin əmək hüquqlarının müdafiəsi”, “Mediasiya haqqında ümumi
müddəalar. Vasitəçinin hüquqi statusu. Vasitəçilik proseduru. Əmək münasibətləri
sahəsində vasitəçilik prosedurunun xüsusiyyətləri”, “Əməkhaqqı. Hüquqi tənzimləmə. İşçilərin
kompensasiyası üçün zəmanətlər”, “Əmək qanunvericiliyinin və digər aktların
pozulmasına görə məsuliyyət”, “Qadınlar və ailə məsuliyyəti olan şəxslər üçün əməyin
tənzimlənməsinin xüsusiyyətləri”, “Əməyin mühafizəsi. İşçilərin əmək hüquqları
barədə məlumatlandırılmasının üsulları. İş şəraitinin xüsusi qiymətləndirməsi.
Zərərli iş şəraitində işə görə təminatlar və kompensasiyalar”, “Kibertəhlükəsizlik:
bank kartlarının təhlükəsizliyi üçün nəyi bilməliyik?”, “Sosial-əmək
münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu”.
Məşğələlərin
keçirilməsi üçün dəvət olunmuş mütəxəssislərin əsas tərkibini AR Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və sahə həmkarlar ittifaqı orqanları təşkil edirdi: AR Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları: Rəşad Əhmədov - “Əmək siyasəti” şöbəsinin sektor müdiri, Elçin Cəfərov - “Dövlət qulluğu və kadr məsələləri” şöbəsinin sektor müdiri,
Zümrüd
Əliyeva- Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyinin baş texniki müfəttişi-baş
məsləhətçisi, Aysel Hadıyeva -
Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyin İnformasiya təhlükəsizliyi
departamenti “Kibertəhlükəsizlik” şöbəsinin baş mütəxəssisi, Azərbaycan Həmkiarlar
İttifaqı Konfederasiyasının məsul işçiləri: Əli Mədətov –“Əməyin mühafizəsi”
şöbəsinin müdiri vəzifəsini icra edən, Rauf Hacıyev – “Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi
mənafelərinin müdafiəsi” şöbəsinin
müdiri və İbrahimov Arif - şöbənin baş
mütəxəssisi, Ruslan Bağırov- hüquq şöbəsinin
müdir müavini.
Məlum
olduğu kimi, sosial-əmək münasibətlərinin tənzimlənməsində münaqişələrin həlli
və onların təhlili yollarına xüsusi yer verilir. Bununla əlaqədar “İNCİ”
Psixoloji Mərkəzinin psixoloqu Məsməxanım Hacıyeva praktiki
nümunələr və tapşırıqlardan istifadə edilərək mövzu ilə bağlı həmkarlar işçilərini məlumatlandırmışdır.
Kursların yekunda Rauf Hacıyev – “Zəhmətkeşlərin
əməyinin və sosial-iqtisadi mənafelərinin
müdafiəsi” şöbəsinin müdiri “Sosial-əmək
münasibətlərin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu”
mövzusunda müzakirə aparıb. Müzakirə zamanı sosial-əmək münasibətlərinin tənzimlənməsi
ilə bağlı əsas problemlərə toxunulub, sosial-iqtisadi problemlərin həllində
kollektiv müqavilənin roluna xüsusi diqqət
verilmişdi.
Dinləyicilərinin
qeyd etdiyi kimi, kurs proqramı 3 günlük seminarın problemi ilə bağlı əsas
aspektlərlə tanış olmaq imkanı verməklə yanaşı, həm də təlimçilər və
iştirakçılar arasında fəal dialoq və müzakirələr böyük əhəmiyyət kəsb edirdi. Təlimin
belə formatda keçirilməsi həmkarlar ittifaqı təşkilatlarının bu istiqamətin fəaliyyətinin təkmilləşdirilməsi üçün fikir
mübadiləsi, iş təcrübəsi və yeni yollar tapmağa imkan verdi.
Qeyd
edək ki, dəvət olunmuş mütəxəssislər təkcə təqdimatlarla kifayətlənməyib, həm də
təqdimatlarından sonra dinlənilən mövzu ətrafında müzakirələr aparıb və bu üsul
dinləyicilərdə də müvafiq maraq doğurub. Bu faktı nəzərə alaraq, Akademiya və kursların dinləyicilərin
adından dəvət olunmuş bütün mütəxəssislərə məşğələlərin keyfiyyətinə görə təşəkkür
edirik və onlara bu sahədə fəaliyyətlərində
uğurlar arzulayırıq.
Eyni zamanda, tədris prosesində fəal iştirak edən həmkarlar
ittifaqı işçilərinə öz təşəkkürümüzü bildiririk, onlara işlərində uğurlar
arzulayırıq və ümid edirik ki, kurslardan əldə etdikləri biliklər onların həmkarlar
ittifaqları üzvlərinin hüquqları və
maraqlarının müdafiəsi fəaliyyətində daha da təkmilləşdirilməsinə kömək edəcək.
Hər kəsə uğurlar arzulayırıq.
Yekunda ənənəyə uyğun olaraq kurs iştirakçıları
müvafiq metodiki normativ materialları elektron formada alıb və sertifikatlar təqdim
olunmuşdu.