AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Yeni seçilmiş həmkarlar ittifaqı kadrları həmkarlar ittifaqı işinin əlifbasını öyrənirlər.


image small

       Aprelin 15-də yeni seçilmiş həmkarlar ittifaqı komitələrin sədrlərinin təliminə başlanılıb. Milli Elmlər Akademiyası, Dövlət müəssisələri, Dəmiryolçular, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Müdafiə Sənayesi həmkarlar ittifaqı orqanlarının nümayəndələri üçün “Həmkarlar ittifaqı işinin əsas istiqamətləri” mövzusunda proqram hazırlanmışdır. Kursun proqramına aşağıdakı mövzular daxil edilmişdir: “İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı, “Azərbaycanda həmkarlar ittifaqlarının təşkilati strukturu : AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı. Həmkarlar ittifaqının nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”, “Həmkarlar ittifaqı təşkilatının təşkilati işi: əsas istiqamətləri,vəzifələri” (HİT yaradılması və idarəetmə, həmkarlar ittifaqı üzvlərinin qeydiyyatının təşkili, seçilmiş həmkarlar ittifaqı orqanının ümumi yığıncaqlarının və hesabat-seçki  iclaslarının hazırlanması və keçirilməsi qaydaları, həmkarlar ittifaqı fəalları ilə işləmək. Kargüzarlığın aparılması)”, “Fərdi və  kollektiv əmək mübahisələri və onlara baxılma qaydaları”, “Həmkarlar İttifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatları. (AR Əmək Məcəlləsi, “Həmkarlar İttifaqı haqqında” AR Qanunu, Qanun yaradıcılığında həmkarlar ittifaqlarının səlahiyyətləri əsas funksiyalar. İşəgötürən əmək qanunvericiliyinin normalarına uyğun olaraq yerli normativ aktları və digər sənədləri qəbul etdikdə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış rəyinin hazırlanması qaydaları) “Həmkarlar ittifaqları təşkilatında maliyyə işinin əsasları (Əsas istiqamətlər, gəlir və xərclər smetasının formalaşdırılması, mühasibat uçotu, mükafatlar və maliyyə yardımı haqqında müddəalar, nəzarət-təftiş komissiyasının fəaliyyəti”),Əmək sahəsində sosial tərəfdaşlıq, əsas prinsiplər. Tərəflər sosial tərəfdaşlığın səviyyələri. Sosial-əmək münasibətlərinin tənzimlənməsi komissiyası. Kollektiv müqavilə:anlayış, struktur və məzmun”, “Azərbaycanda pensiya sistemi: reallıq və perspektivlər, Azərbaycanda əhalinin sosial müdafiəsi”, “Sosial sığorta risklərinin növləri, idarəetmə orqanları, maliyyələşmə mənbələri”, “Əməyin motivasiyası, müasir işçinin ehtiyacları. Motivasiya prosesi üçün informasiya dəstəyi. Motivasiya tədbirlərinin təşkili”, “Əməyin mühafizəsi işinə normativ və hüquqi təminat. Əməyin mühafizəsinin təşkili və işçilərin əməyin mühafizəsi hüquqlarının təmin edilməsi. Həmkarlar İttifaqının əməyin mühafizəsi və təhlükəsizliyi üzrə müvəkkili: əsas iş funksiyalar. İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri”, “Həmkarlar ittifaqları təşkilatının: informasiya işi: yeni formatı (İnformasiya işi nədir, onun sərhədləri hardadır?Həmkarlar ittifaqı üzvlüyünə motivasiya həmkarlar ittifaqı fəaliyyəti baxımından həmkarlar ittifaqı haqqında məlumat necə olmalıdır? İnformasiya işi ilk həmkarlar ittifaqı təşkilatında necə strukturlaşdırıla bilər? Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının informasiya siyasətinin konsepsiyası)”, Həmkarlar ittifaqı rəhbəri nəyi bilməlidir? Həmkarlar ittifaqı rəhbəri öz komandasını formalaşdırmaq üçün hansı keyfiyyətlərə malik olmalıdır? Həmkarlar ittifaqı işini təşkil etmək üçün hansı bilikləri əldə etdiniz?”İşgüzar oyun. Kursun yekununda dinləyiciləri üçün  müsahibə planlaşdırır.

      Təlimin keçirilməsi üçün aşağıdakı dövlət qurumlarının mütəxəssisləri dəvət olunub: AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət sosial müdafiə Fondu, Azərbaycan Respublikası Təhsil  İnstitutu,  AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Həmkarlar ittifaqı orqanlarından və təşkilatlarından – AHİK-dən hüquq şöbəsi, “Xidmət-iş “Hİ Federasiyası, “Tagiyev Operating Company” MMC və “ Teleradio” İB.

Tədris prosesində fəal iştirak etmək üçün tələbələrin hər birinə metodiki və elektron vəsaitlər təqdim olunub. Kurs proqramında interaktiv tədris metodlarına mühüm yer verilmişdi.

15.04.2024  [ 10:06 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.