20 Yanvar faciəsinin 34-cü il dönümü ilə əlaqədar, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsi (THIK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Akademiyanın tələbələri Şəhidlər xiyabanına ziyarət ediblər.
Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.