19.12.2023-cü il tarixdə
“2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının
icrası ilə əlaqədar olaraq “Sosial iş” fakültəsinin, “HİH və sosial fənlər”
kafedrasının təşkilatçılığı ilə “Dövlət sosial xidmətlərinin səmərəli təşkili”
mövzusunda Tələbə - Elmi Praktiki konfransı keçirilmişdir. Tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konfrans
iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik
sükutla yad etmişlər. Tədbiri giriş nitqi ilə
açan “HİH və sosial fənlər” kafedrasının müdiri i.e.d., prof. Q.Ə.Səfərov
iştirakçıları salamlayaraq, müstəqil Azərbaycan dövlətinin formalaşması və
inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu qeyd edərək, “2023-cü ilin Heydər Əliyev ili” elan edilməsinə
həsr olunan konfransın işinə uğurlar arzulayıb. Tədbirdə
“Heydər
Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda videoçarx nümayiş
olunub. Konfransda çıxış edən “Sosial
iş” fakültəsinin dekanı S.O. Məmmədova müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı, müstəqilliyimizin
qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz
tarixi xidmətlərindən danışıb. “HİH və sosial fənlər”,
“Humanitar fənlər” kafedralarının müəllim – professor heyətinin rəhbərliyi ilə
“Sosial iş” fakültəsinin 14 tələbəsi, “Maliyyə - iqtisad” fakültəsinin 4 tələbəsi
konfransda aktual mövzularla fəal iştirak ediblər.
Konfransın sonunda iştirak
edən tələbələrə sertifikatlar təqdim edilib.