20 noyabr 2023-cü il tarixdə
10 günlük kurslar başladı. Bu kursların əsas məqsədi həmkarlar ittifaqı fəalları
ilə təlimləri keçirmək üçün təlimçi-müəllimləri peşəkarcasına hazırlamaq, yəni onlara tədris prosesinin təşkili və üsullarının
tətbiqi, məşğələlərin keçirilməsi və hazırlanması texnologiyasını öyrətməkdir. Kurslara
gənc həmkarlar ittifaqı fəalları və təcrübəli həmkarlar ittifaqı komitələrinin
sədrləri, yəni: ali təhsil müəssisələrinin tələbələri - həmkarlar
ittifaqı komitələrinin fakültə sədrləri, Azərbaycan Dənizçilik Kolleci, Daxili
İşlər Nazirliyi Dövlət Yanğından Nəzarət Xidməti, “Heydər Əliyev” adına Neft Emalı zavodu , “Socar Petrolium” QSC , “Azərsu” ASC və s. ümumilikdə 18 nəfər
dəvət olunmuşdular.
Kursun
proqramına aşağıdakı mövzular daxildir, o cümlədən “Treninq NƏDİR? TƏLİMÇİ KİMDİR? Müəllimlə təlimçinin fərqi
nədir?”, “Təlim innovativ, effektiv və səmərəli olmalıdır”, “Təlimçinin
şəxsi səlahiyyətləri: effektiv davranış (peşəkar etimad) mənbələri”, “Təlimin
məzmunu və formaları : üsulları, təlim
resursları, təlimə hazırlıq”, “ Təlimçilik bacarıqları :ünsiyyət qaydaları, təlimçi+təlim
iştirakçısı, təqdimat bacarıqları, təlim alətlərindən istifadə”, “İnteraktiv və fəal tədris metodları - təlimin effektinin
artırılmasında mühüm istiqamətdir”, “ Məşq texnologiyaları - tədris materialının mənimsənilməsinin
təşkili yolları”, “Təlimçinin qrupa təsiri:
ilham, emosional yoluxma, inandırma və şəxsi nümunə, rolun idarə edilməsi və
metaforik təsir”, “Qrup dinamikasının idarə edilməsi və idarə etmək vasitələri”,
“Təlimçinin prosedur lideri kimi rolu: müzakirə (qrup müzakirəsi prosesinin təşkili)”, “Təlim
ünsiyyət prosesi kimi”, “Təlimçinin qrupla qarşılıqlı əlaqə bacarıqları”, “Təlim zamanı emosiyalarla işləmək; məşqçinin
resurs vəziyyəti”, “Нəmkarlar ittifaqları təhsil siyasətinin məqsədləri”, “Stil
və məşğələlərin paradiqmasının seçimi”, “Əldə edilmiş biliklərin inteqrasiyası”.
Dərslərin
keçirilməsi üçün təcrübəli mütəxəssislər, o cümlədən Azərbaycan
Respublikası Təhsil İnstitutunun əməkdaşları Könül Mikayılzadə, “Təhsilin
nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi , Humay Alıkişiyeva-“Təlimin
nəzəriyyəsi və metodikası” şöbəsinin aparıcı mütəxəssisi, Tavat
Muradlı- Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin
müdiri, Ayna Hümbətova psix.
f.d. dəvət olunublar.
Tədris proqramı
belə qurulmuşdur ki, həmkarlar ittifaqı işçilər dinlədikləri nəzəriyyə əsasında
qruplar şəklində praktiki məşğələlərdə eşitdikləri mövzuları nə dərəcədə mənimsədiklərini
nümayiş etdirsinlər. Bundan başqa həmkarlar ittifaqı üzvlərindən,