Cari il oktyabrın 25-də 2
aylıq kursun Həmkarlar İttifaqı işçiləri Rövşən Camalovun AR Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyinin Tabeliyində Dövlət “Məşğulluq Agentliyinin Əmək bazarının
təhlili” şöbəsinin baş mütəxəssisi “Gənclərin məşğulluğu: problemlər və
perspektivlər” mövzusunda mühazirəsindən sonra Respublikamızda bu
problemin həlli yolları haqqında geniş təqdimatla
çıxış etdilər. Bu gün kurs iştirakçıları Azərrbaycan Milli Xalça Muzeyinə
ekskursiyaya dəvət olunublar.
Kursun dinləyicilərini Həmkarlar
İttifaqı komitəsinin sədri Nizami müəllim, komitənin katibi Arzu xanım və bələdçi
Türkan xanım qarşıladılar.
Bələdçi, yaradılış tarixindən
başladı. Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 saylı
fərmanı ilə Azərbaycan Milli Xalça Muzeyi yaradılmışdır. 1967-1993-cü illərdə
muzey Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi, 1993-2014-cü illərdə
Lətif Kərimov adına Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi, 2014-2019-cu
illərdə Azərbaycan Xalça Muzeyi, 2019 –cu ildən Azərbaycan Milli Xalça Muzeyi
adlandırılmışdır.
Yarandığı dövrdə bu,
dünyada yeganə ixtisaslaşmış xalça muzeyi idi. Onun əsas vəzifələri Azərbaycanın
milli sərvəti olan xalça sənətinin nadir nümunələrinin saxlanılması, tədqiqi və
nümayiş etdirilməsidir.
“Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin imzaladığı 2007-ci il tarixli və 2008-ci il tarixində Heydər Əliyev
Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi
çərçivəsində yaradılan yaradıcılıq haqqında məlumat dinləyiciləri
maraqlandırıb. 2014-cü ildə Dənizkənarı Milli Parkın ərazisində avstriyalı memar Frans Yanzın rəhbərliyi ilə
muzey işinin ən müasir tələblərinə cavab verən yeni muzey binası tikilmişdir.
Kurs iştirakçıları Muzeyin
son illərdə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr çərçivəsində
nümayiş etdirilən “Əvəzolunmaz dəyərlər” (Belqrad, 2017), “Xalçalar kolleksiyasından
xalçalar”, “Azərbaycan Xalça Muzeyi” (Tbilisi, 2017), “Naxışların gözəlliyi və
s. kimi eksponatlarla tanış olublar.
Bələdçi, Lətif Kərimovanın Azərbaycan xalça sənətinin
inkişafındakı böyük xidmətlərindən ətraflı bəhs edib.
Ziyarətçilərin diqqətini
xüsusilə cəlb edən o idi ki, muzeydə xovsuz və tüksüz xalçalarla yanaşı, müxtəlif
xalça məmulatları, dekorativ qabartmalar, metaldan, keramikadan, şüşədən,
ağacdan və toxuculuqdan hazırlanmış bədii əşyalar, kostyumlar, tikmə və zərgərlik
nümunələri də nümayiş etdirilirdi.
Ekskursiyanın sonunda
qonaqlar ekskursiyanın təşkilatçılarına təşəkkür edib, onlarla xatirə şəkli çəkdiriblər.