Sentyabrın 18-dən başlayan kurslar davam edir. Bu kursların tələbələri
informasiya texnologiyaları, idarəetmənin əsasları, psixologiya, kollektivin
formalaşmasında liderin rolu, Həmkarlar İttifaqlarının təşkilati işinin mahiyyəti,
təşkilatçılıq haqqında bir sıra mühazirələr dinləyiblər.
Noyabrın 1-də Ceyhun
Hacıyev - AR Rəqamsal
İnkişaf və Nəqliyyat Nazirliyi
Aparatının Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin
İqtisadi təhlil və statistika sektorunun böyük məsləhətçisi, Elnur Əliyev- Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının dekanı,
f.ü.f.d., Ruslan Bağırov- AHİK hüquq şöbəsinin müdir müavini ,Cəmaləddin İsmayılov–“Xidmət-iş
HİF vitse prezidenti, Mirza Cəfərzadə - Təhsil iş. Azad HİRK-in sədr müavini , Abbasəli
Rüstəmli - “Taghiyev Operating Company”
MMC HİK-in sədri- Milli Azərbaycan
Tarixi Muzeyində olublar. Ekskursiya zamanı dinləyicilər onun yaranma tarixi ilə
tanış olublar. Bələdçi onlara məlumat verdi ki, Bakının ən gözəl memarlıq abidələrindən
biri olan muzey binası 1895-1896-cı illərdə həmin dövrdə şəhərin baş memarı
olmuş polşalı memar İosif Qoslavskinin layihəsi əsasında tikilmişdir. Tanınmış
sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin iqamətgahı olan malikanədə
1920-ci ildən bəzi fasilələrlə muzey fəaliyyət göstərir.
2004-2007-ci illərdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və nəzarəti ilə
muzeyin binasında muzeyin əvvəlki görkəminin qorunub saxlanılması nəzərə
alınmaqla kompleks bərpa və təmir işləri aparılmışdır. Bələdçi qeyd edib ki,
muzeyin əməkdaşları onun direktoru Naili Vəlixanlının rəhbərliyi ilə təqdimatla
bağlı çox böyük elmi-tədqiqat, mədəni-maarifləndirmə işləri aparırlar. Ekskursiyanın
sonunda Həmkarlar İttifaqı işçiləri xatirə şəkilləri çəkdirmiş, çoxməzmunlu və
maraqlı ekskursiyaya görə Muzeyin rəhbərliyinə,
Həmkarlar İttifaqı Komitəsinin sədri Bəxtiyar müəllimə və bələdçiyə minnətdarlıqlarını
bildirmişlər.