16-20
oktyabr 2023-cü il tarixlərində həmkarlar ittifaqı təşkilatının mühasibləri və
təftiş komissiyasının üzvləri üçün “Həmkarlar ittifaqı təşkilatında maliyyə
işinin əsas istiqamətləri ” mövzusunda beş günlük kurslar keçirilib.
Kurslarda Təhsil, Fövqəladə Hallar
Nazirliyi, Dövlət idarələri həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri,
ümumilikdə 14 nəfər iştirak edib.
Kursun proqramı aşağıdakı mövzuları əhatə
edir: “Maliyyə işinin təşkilinin müasir üsulları”, “Həmkarlar ittifaqlarının
maliyyə fəaliyyətinə dair normativ-hüquqi aktlar”, “Həmkarlar ittifaqlarının
maliyyə siyasəti”, “Müasir şəraitdə maliyyə işinin əsas prinsipləri və xüsusiyyətləri”, “Azərbaycanda müasir mühasibat uçotu tətbiqi : indiki və gələcəyi”,
“AR Əmək Məcəlləsi: yeniliklər və əlavələr”, “Vergi
qanunvericiliyinin xüsusiyyətləri”, “İcbari Tibbi Sığorta: reallıq və perspektivlər”, “Həmkarlar
ittifaqı təşkilatında vergiyə təqdim olan hesabatlar və onun hazırlanması
qaydaları”, “Azərbaycan Respublikasında
pensiya sistemi təminatı haqqında”, “Özəl pensiya fondları: Azərbaycanda yaranma
perspektivləri, beynəlxalq təcrübə”, “Sosial
sığorta haqqında qanun : yeniliklər və dəyişikliklər”, “Əlilliyin qiymətləndirilməsi
qaydaları: yeniliklər dəyişikliklər, əlavələr”, “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan
Respublikasının qanunu: yeniliklər, dəyişiklər, əlavələr”, “2023-cü ildə əməkhaqqı: qanuni tələblər”.
Dövlət qurumlarından dəvət olunmuş mütəxəssislərin
hər biri hazırlanmış təqdimatlar əsasında müvafiq mövzunun əsas aspektlərini ətraflı
şəkildə qeyd etmiş, maliyyə işçilərini maraqlandıran sualları peşəkarcasına
cavablandırmışlar. Bununla əlaqədar olaraq, Akademiya rəhbərliyi və
iştirakçılar təlimdə fəal iştirakına görə, xüsusən də : Lətifə Əsədova - AR Maliyyə Nazirliyinin “Uçot siyasəti ” şöbəsinin
müdir müavini, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları- Hacıyeva
Fəridə - “Əmək siyasəti” şöbəsinin baş məsləhətçisi və Elçin Cəfərov –“Dövlət
qulluğu və kadr məsələlər” şöbəsinin “Təlim və təhlil” sektorunun müdiri, Xəyal
Qaçayev - Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müfəttişi, Faiq Qəmbərov - Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin “Müraciətlərə
baxan” şöbəsinin müdiri, Arzuman Pirəliyev
- Dövlət Sosial Müdafiə Fondunun “Fərdi
uçota nəzarət və sosial sığorta” departamenti sosial sığorta şöbəsinin mütəxəssisi, Tural Abbasov - AR İqtisadiyyat Nazirliyinin
yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədris
şöbəsinin baş müəllimi, Nicat Abasbəyli
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşı, Rahilə
Muradova - Agentliyin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiyalar şöbəsinin əməkdaşı, Ləzifə Cavadova - 2 saylı Mərkəzi Tibbi-Sosial-Ekspertiza Komissiyasının sədri, Sevil Əliyeva - İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisinə
minnətdarlıqlarını
bildiriblər.
Həmkarlar ittifaqı təşkilatında maliyyə
işinin təşkili, hesabatların və smetaların hazırlanması ilə əlaqədar çıxış ediblər: Əkbərova
Hökümə - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının baş mühasibi və
Əli Hüseynov - Təhsil işçilərin Azad HİRK-in maliyyə şöbəsinin müdir müavini .
Kursun proqramına psixoloq Səriyyə
Feyzullayevanın iştirakı ilə “İşgüzar ünsiyyətin psixologiyası. İşgüzar
sosial ünsiyyət dili. Effektiv danışıqlar” mövzusu daxil edilmişdir.
Həmçinin
kurs iştirakçılarına əmək hüququ üzrə praktiki məşğələ keçirilib, sonda
tamamlanmış proqram üzrə müsahibə aparılıb.
Kursun sonunda iştirakçılara sertifikatlar təqdim
edilib və kollektiv şəkil çəkdirilib.