logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı işçisi işəgötürənlə kollektiv danışıqlar aparmağı öyrənir


image small

25 - 29 sentyabr 2023-cü il tarixlərində “Sosial dialoq: mahiyyəti, hüquqi aspektləri, idarəetmə mexanizmi ” mövzularında 5 günlük kurslar keçirilib. Kurslarda HİRK işçiləri həmkarar ittifaqı komitə sədrləri, təlimatçılar, sosial-iqtisadi problemlər üzrə komissiya sədrləri, ümumilikdə 19 nəfər iştirak edib.

          Tədris proqramına aşağıdakı mövzular daxil edilmişdir: “Danışıqların psixologiyası:     mahiyyəti, ünsiyyətin xarakteri, metodları”, “Azərbaycan Əmək Məcəlləsinin sosial və əmək münasibətlərinin tənzimlənməsində rolu”, “Hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının işinin əsas istiqamətləri”, “Əmək sahəsində sosial tərəfdaşlıq: anlayış, prinsiplər, tərəflər, səviyyələr, formalar, orqanlar”, “Kollektiv əmək mübahisələri, onların həlli qaydaları”,Azərbaycanın sosial-iqtisadi vəziyyəti: reallıq və perspektivlər”, “ Azərbaycan Əmək Məcəlləsi: praktiki məşğələ”

“Münaqişələrin idarə edilməsi: mahiyyəti, növləri, həyata keçirilməsi mexanizmi”, “Effektiv danışıqlar, ictimai çıxış, inandırma və motivasiya bacarıqlarının formalaşdırılması”, “Fərdi əmək mübahisələri”, “Əmək qanunvericiliyinə əməl olunmasına və işçilərin əmək hüquqlarının müdafiəsinə həmkarlar ittifaqı nəzarəti”, “Kollektiv müqavilə işçinin və işəgötürənin maraqlarının uyğunlaşdırılması vasitəsi kimi. Layihə müqaviləsinin bağlanması qaydası, onun icrasına nəzarətin təşkili, kollektiv müqavilənin öhdəliklərinin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti”, “Sosial psixologiya ilə bağlı mövzular”.

Tədris proqramına “Kollektiv müqavilənin “Gənclərlə iş” bölməsinin işlənib hazırlanması” mövzusunda “Karasu” Əməliyyət Şirkətinin  həmkarlar ittifaqı təşkilatının təcrübəsi ilə tanışlıq daxil edilmişdir. Bu məşğələnin keçirilməsi üçün həmkarlar ittifaqı komitəsinin sədri İlkin Nurullayev dəvət olunub, hal-hazırda ikinci təhsilini bizim  Akademiyamızda alır.

Kurs iştirakçılarının keçdiyi mövzuların mənimsənilməsi üzrə biliklərini yoxlamaq üçün onların aşağıdakı mövzular üzrə bilikləri yoxlanılıb “Kollektiv müqavilə və sazişlər,  Sosial-əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu, Fərdi və kollektiv əmək mübahisələri”.

2024-cü ildə həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki kampaniyaları keçiriləcəyinə görə bütün həmkarlar ittifaqı kateqoriyaları üçün tədris proqramına “Hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının işinin əsas istiqamətləri” mövzusu daxil edilib.

Kursun sonunda “Kollektiv müqavilənin işçilərin əməyinin ödənilməsi ilə bağlı bölməsinə dəyişikliklər edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatı ilə işəgötürənlərin rəhbərləri arasında kollektiv danışıqların aparılması” mövzusunda işgüzar oyun keçirilmişdir.

Dərs zamanı dinləyicilər həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlər arasında kollektiv danışıqlar mexanizmi ilə tanış olublar. İşgüzar oyunu Cəmaləddin İsmayılov -“ Xidmət-İş Hİ Federasiyasının vitse-prezidenti  aparırdı.

     Dərsin keçirilməsi üçün dövlət qurumlarından mütəxəssislər dəvət olunub, o cümlədən : AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları: Hacıyeva Fəridə - “Əmək siyasəti” şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş məsləhətçisi, Rauf Əliyev - Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, Arzu Hüseynova- AR İqtisadiyyat Nazirliyinin “İqtisadi Elmi-Tədqiqat İnstitutu” publik şəxsin İdarə Heyətinin sədrinin birinci müavini, iqt.e.d., Ruslan Bağırov- AHİK-in hüquq şöbəsinin müdir müavini, İlham Quliyev - Heydər  Əliyev ad. BNEZ HİK sədri müavini,  Deniz Metin Həsənova - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  psixoloqu, Səriyyə Feyzullayeva- psixoloqu.

     Dəvət olunmuş mütəxəssislərə müvafiq mövzularda peşəkar təqdimatlar edilmişdir. Kurs iştirakçıları dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını bildirmiş, müvafiq mövzuların müzakirəsində fəal iştirak etmişdirlər. Hər bir dinləyiciyə sertifikatlar, elektron formada tədris materialları və təqdimatlar  təqdim olunub.    

      Kursların sonunda dinləyicilər belə kursların sistemli şəkildə təşkil edilməsini təklif ediblər və sonda minnətdarlıqlarını bildiriblər. 

30.09.2023  [ 07:44 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.