Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Riyaziyyat və informasiya texnologiyaları kafedrasının müdiri tex.f.d. Umarova Nigar Əvəz qızı "Risklərin müasir texnologiyalarla qiymətləndirilməsi" mövzusunda çıxış etmişdir. Mülki müdafiə məqsədi ilə tətbiq olunan kütləvi humanitar tədbirlərə aid məlumatları təqdimat və videoçarxla vermişdir.
Həmin kafedranın mülki müdafiə müəllimi Ələkbərov Yunis İbrahim oğlu mülki müdafiənin yaranma tarixi, onun həyatda rolu, vəzifələri, mümkün təhlükələr və əhalinin mühafizəsinə aid maraqlı məlumatlarla çıxış etdi.