AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Özbəkistan İqtisadiyyat və Pedaqogika Universiteti arasında Beynəlxalq Əməkdaşlıq Sazişi imzalandı


image small

8 fevral 2023-cü il  tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq Əlaqələr şöbəsinin dəvəti ilə Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetinin bir qrup nümayəndə heyəti Akademiyanın qonağı oldu. Görüşün məqsədi adı çəkilən təhsil müəssisələri arasında Beynəlxalq Əməkdaşlıq Sazişinin imzalanması idi.

Görüşdə AƏSMA-nın rektoru, prof. Hüseyn Qaraşov, tədris və elmi işlər üzrə prorektor, prof. Fərhad Möhbalıyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dos. Mahir Calalov, ümumi şöbənin müdiri Rübabə Məmmədova, “Hİ kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması” şöbəsinin müdiri Raziyyə Maniyeva, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbəsinin müdiri dos. Firanə Məmmədova, Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetindən başda rektor, texnika elmləri namizədi, dos. Otabek Bozorov olmaqla, elmi işlər üzrə prorektor, dos. Cəsur Fərmonov, “Elmi-tədqiqat, İnnovasiya və elmi-pedaqoji kadrların hazırlanması” şöbəsinin müdiri, dos. Davron Curayev, “Beynəlxalq əməkdaşlıq” şöbəsinin müdiri Şahcahan Əbdürrəhimov, elm şöbəsinin əməkdaşı Gülnaz Huşmanova iştirak etdilər.

Beynəlxalq Əməkdaşlıq Sazişini AƏSMA tərəfdən Akademiyanın rektoru, prof. Hüseyn Qaraşov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, dos. Mahir Calalov, Özbəkistan tərəfdən İPU-nun rektoru dos. Otabek Bozorov və “Elmi-tədqiqat, İnnovasiya və elmi-pedaqoji kadrların hazırlanması” şöbəsinin müdiri, dos. Davron Curayev imzaladı.

İmzalama mərasimindən sonra qonaqlar çay süfəsinə dəvət olundu. Daha sonra qonaqlar Akademiyanın struktur şöbələri və elektron kitabxana ilə yaxından tanış oldular.

09.02.2023  [ 05:33 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.